
hər səviyyə · 4+ yaş
Keramika masterklası
Birbaşa təsdiq
Yeriniz ödəniş tamamlanan kimi təsdiqlənir — gözləmə yoxdur.
Təsvir
Hər toxunuşunda ruhunuzu əks etdirən, tamamilə fərdi və unikal keramika əsərləri yaratmağa hazırsınızmı? Keramika ustası Elgünün rəhbərliyi ilə keçirilən bu ilhamverici ustad dərsində gil sənətinin sehrli dünyasına addım atacaqsınız. Nəzəri hissədə gil növləri, formalaşdırma üsulları və xüsusi naxış texnikaları ilə tanış olacaq, praktiki mərhələdə isə öz əllərinizlə gilə forma verərək rənglərin ahəngini seçəcək və şəxsi dizaynınızı yaradacaqsınız. Burada yaradıcılığınız üçün heç bir sərhəd yoxdur! Gündəlik həyatın yorğunluğundan uzaqlaşmaq, özünüzə vaxt ayırmaq və ya sevdiklərinizlə yaddaqalan anlar yaşamaq üçün əla fürsətdir. Yerlər məhdud saydadır! Elə indi yerinizi rezerv edin və xəyalınızdakı sənət əsərini öz əllərinizlə yaradın.
Qiymətə daxildir:
- Usta Elgünün rəhbərliyi ilə keçirilən unikal keramika master-klassı. Hazırladığınız sənət əsəri bişirim prosesindən sonra sizə təqdim olunur.

