
hər səviyyə · 4+ yaş
Keramika masterklası
Birbaşa təsdiq
Yeriniz ödəniş tamamlanan kimi təsdiqlənir — gözləmə yoxdur.
Təsvir
Hər toxunuşunda ruhunuzu əks etdirən, tamamilə fərdi və unikal keramika əsərləri yaratmağa hazırsınızmı? Keramika ustası Elgünün rəhbərliyi ilə keçirilən bu ilhamverici ustad dərsində gil sənətinin sehrli dünyasına addım atacaqsınız. Nəzəri hissədə gil növləri, formalaşdırma üsulları və xüsusi naxış texnikaları ilə tanış olacaq, praktiki mərhələdə isə öz əllərinizlə gilə forma verərək rənglərin ahəngini seçəcək və şəxsi dizaynınızı yaradacaqsınız. Burada yaradıcılığınız üçün heç bir sərhəd yoxdur! Gündəlik həyatın yorğunluğundan uzaqlaşmaq, özünüzə vaxt ayırmaq və ya sevdiklərinizlə yaddaqalan anlar yaşamaq üçün əla fürsətdir. Yerlər məhdud saydadır! Elə indi yerinizi rezerv edin və xəyalınızdakı sənət əsərini öz əllərinizlə yaradın.
Qiymətə daxildir:
- Usta Elgünün rəhbərliyi ilə keçirilən unikal keramika master-klassı. Hazırladığınız sənət əsəri bişirim prosesindən sonra sizə təqdim olunur.
- Nəzəri hissə: Gilin xüsusiyyətləri, əsas modelləşdirmə üsulları və dizaynın incəlikləri.
- Praktiki hissə: Əllə forma vermə, tekstura və relyef elementlərinin yaradılması, rəngləmə və qlazurqabağı bəzəmə prosesi.
- Bütün zəruri materiallar: Müxtəlif növ xüsusi boyalar, peşəkar alətlər və bişirim prosesi üçün lazım olan hər şey təmin olunur.
- Sərbəst dizayn seçimi: Öz ideyanızı həyata keçirmək və tam yaradıcılıq azadlığından yararlanmaq imkanı.
- Hazırladığınız əl işləri: Bütün əsərləriniz bişirildikdən sonra sizə təhvil verilir və özünüzlə evə apara bilərsiniz.
- Müddət:
- Təqribən 2 saat.
- Dil:
- Dərslər və müzakirələr Azərbaycan, rus və ingilis dillərində aparılır.
- Qrup:
- Maksimum 6 nəfərlik kiçik qruplar və 12 nəfərədək böyük qruplar təşkil olunur. Hər bir iştirakçıya fərdi diqqət ayrılır. Açıq qrupların saatları təqvimdə görünür.
- Yaş həddi:
- 4 yaşdan yuxarı. Kiçik uşaqlar valideynlə birlikdə iştirak edə bilər.
Ünvan və əlaqə
Sualınız var? Zəhmət olmasa bizə bildirin.
Şeyx Şamil küç. 17, Səbail r., Bakı
B.e–Ş: 11:00–20:00 · Bazar: bağlı
+994 10 316 62 16Ləğv qaydası
- Seansa 48 saat və daha çox qalmışsa: bron pulsuz ləğv edilir və ya başqa tarixə keçirilir.
- 48 saatdan az qalmışsa: tarix bir dəfə dəyişdirilə bilər, ödəniş qaytarılmır.
- Studiya seansı ləğv edərsə ödəniş tam qaytarılır və ya hədiyyə kartına çevrilir.

